Poçt xidmətində yenilik
Onun sözlərinə görə, xidmət elektron ticarət portalları vasitəsilə sifarişli malları alanlara ünvanlanıb. Yeni xidmətin tətbiqi ilə sifarişçilər poçt şöbələrində onların adına nəsə gəlib-gəlmədiyinə özləri nəzarət etməyəcəklər. Bu barədə onlara SMS-lə məlumat veriləcək: "Əsas problem ondan ibarət idi ki, bağlama gələndə çox vaxt onu alana gecikmə ilə çatan bildiriş formalaşdırılırdı. Bu gün isə bağlama daxil olarkən onu alan müştəriyə bağlamanın daxil olduğu poçt şöbəsinin ünvanı ilə SMS-xəbərdarlıq göndərilir. Yeni xidmətdən faydalanmaq üçün müştəri malı alarkən özünün mobil telefon nömrəsini elektron kommersiya portalı vasitəsilə göstərməlidir".
Mobil telefon nömrəsi poçt operatorunun məlumat bazasına daxil edilir və bundan sonra sifarişçiyə bildiriş göndərilir.
Teqlər: