İranlı dənizçiləri xilas edən gəminin komandiri - VİDEO
Onun sözlərinə görə, məlumat daxil olduqdan sonra dərhal hərəkət edilərək batma təhlükəsində olan gəminin 9 nəfərdən ibarət şəxsi heyəti tam şəkildə xilas edilib: "Fırtınalı hava şəraitinin olmasına baxmaraq, ekipaj üzvlərini xilas etdiyim üçün özümü xoşbəxt hiss edirəm".
N. Quliyev əlavə edib ki, qəzanın ilkin səbəbi gəmidə ağır yükün varlığı və fırtınalı hava şəraitinin olmasıdır:
Qeyd edək ki, bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb. Gəminin xilas edilən şəxsi heyəti bu gün axşam saatlarında Bakıya gətirilib.
Azvision.az