Sarıkökün bilmədiyiniz faydaları

Sarıkökün bilmədiyiniz faydaları
  19 Avqust 2019    Oxunub:4516
Alimlər sarıkökün beyin sağlamlığını qorumağa kömək etdiyini təsbit ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya Milli Geriatriya və Gerontologiya Mərkəzinin nümayəndəsi, professor Hidetoşi Endo bildirib.

Yaponiya və Amerika alimləri tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, sarıkök antiinflamatuar və antioksidan xüsusiyyətlərə malikdir, bu da beyin damarlarına müsbət təsir göstərir.

Onun sözlərinə görə, sarıkökün müntəzəm (həftədə ən azı iki dəfə) istifadəsi yaddaş və diqqəti yaxşılaşdırır.

Analizlər sarıkök qəbul edən insanların beyində yaddaşın pisləşməsinə və "Altsheymer" xəstəliyinin inkişafına səbəb olan bəzi maddələrin azalmasını göstərir. Həmçinin sarıkök beyin damarlarında iltihabın azalmasına da kömək edir.

Bundan əvvəl aparılmış araşdırma isə sarıkökün xərçəng xəstəliyi riskini azaltdığını üzə çıxarıb.

Azvision.az


Teqlər: Sarıkök  





Xəbər lenti