“Space”dən çıxan aparıcı ilə bağlı açıqlama

 “Space”dən çıxan aparıcı ilə bağlı açıqlama
  07 Dekabr 2013    Oxunub:1528
“Gülnarə Bağırova kanalın əməkdaşı deyil, “Fatiyev Compani”nin işçisidir” .
AzVision.az xəbər verir ki, “Space” kanalında yayımlanan “Qazan” və “Bizim mətbəx” verilişinin layihə rəhbəri Gülnarə Bağırovanın işdən çıxarılması haqda saytlarda xəbər gedib. G.Bağırovanın “Space”nin əməkdaşı olduğu bildirilir. Onun işdən heç bir əsas olmadan çıxarıldığı bildirilir. Lakin “Space” rəhbərliyi bildirir ki, G.Bağırova kanalın əməkdaşı deyil: “O, “Fatiyev Compani”nin əməkdaşıdır. Bu şirkət “Space” ilə müqavilə bağlayıb kanalda öz verilişlərini yayır.

“Fatiyev Compani”nin rəhbəri Vüqar Fətiyev musavat.com-a açıqlamasında Gülnarə Bağırovanın işdən çıxarılmasını təsdiqlədi. V.Fətiyev də G.Bağırovanın “Space”nin əməkdaşı olmadığını söylədi: “Bizim şirkətin hazırladığı və “Space”də müqavilə əsasında efirə verilən “Bizim mətbəx” verilişinin formatında dəyişiklik edilib. Gülnarə Bağırova da yeni formata uyğun gəlmədiyi üçün onunla əməkdaşlığı dayandırmışıq”.


Teqlər:  





Xəbər lenti