Komada olan qadın uşaq dünyaya gətirdi - FOTOLAR

Komada olan qadın uşaq dünyaya gətirdi -    FOTOLAR
  06 Sentyabr 2019    Oxunub:6592
Avstraliyanın Kvinslend ştatının sakini komada olarkən sağlam körpə dünyaya gətirib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, arteriovenoz malformasiya diaqnozu (beyin damarlarının quruluşunda anadan gәlmә mövcud olan qüsur) qoyulan 25 yaşlı Kaitlin Stabs radiasiya müalicəsinə göndərilib.



Lakin hamilə olduğunu öyrənən Kaitlin müalicədən imtina edib. 23 iyun tarixində, hamiləliyin səkkizinci ayında (32 həftə), qadın beyin damarının anevrizmasını keçirib və komaya düşüb. Növbəti gün həkimlər məsləhətləşmədən sonra xəstəyə qeysəriyyə əməliyyatı ediblər.



Kuinn adı verilən yeni doğulmuş körpə həyatının ilk üç həftəsini reanimasiya şöbəsində keçirib. Hazırda 45 günlük qıza atası baxır. Həkimlər qadının uzun müddət instesiv müalicə alacağını bildiriblər. Yaddaş pozğunluğundan əziyyət çəkən 25 yaşlı qadın vaxtaşırı uşağının olduğunu unudur.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Koma  





Xəbər lenti