Dünyanın ən təhlükəsiz 10 şəhəri - FOTOLAR

 Dünyanın ən təhlükəsiz 10 şəhəri -  FOTOLAR
  06 Sentyabr 2019    Oxunub:11832
Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti 2019-cu ildə dünyanın ən təhlükəsiz 10 şəhərini açıqlayıb.
Azvision.az xəbər verir ki, “The Economist Intelligence Unit's 2019 Safe Cities” indeksinə görə, dünyanın 60 ən populyar şəhərinin rəqəmsal təhlükəsizlik, sağlamlıq, infrastruktur və şəxsi əmin-amalıq üzrə reytinqi müəyyən edilib.

Dünyanın ən təhlükəsiz şəhərinin Yaponiyanın paytaxtı Tokio olduğu elan edilib. Bu şəhər 100 qiymətləndirmə balından 92-sini toplayıb. Sinqapur 91,5 balla ikinci, Yaponiyanın Osaka şəhəri isə 90,9 balla üçüncü yerdə qərarlaşıb.

Avropada ən təhlükəsiz şəhər Amsterdamdır. ABŞ-ın şəhərlərindən ilk onluğa yalnız Vaşinqton daxil edilib.

Terror ehtimalının olmaması, iqlim dəyişmələrinin hiss edilməməsi, cinayətkarlığın səviyyəsinin ən aşağı həddə olması təhlükəsiz şəhərlərin seçilməsində yardımçı meyarlar kimi qəbul edilib. Son günlər iğtişaşların vüsət aldığı Honkonq isə 2017-ci ildəki 9-cu yerdən bu il 20-ci yerə düşüb. Laqos, Karakas, Kəraçi və Dəkkə kimi şəhərlər isə ən təhlükəli hesab olunub.

“The Economist Intelligence Unit's 2019 Safe Cities” indeksinə görə ilk 10 təhlükəsiz şəhərlər bunlardır:

1. Tokio, Yaponiya



2. Sinqapur



3. Osaka, Yaponiya



4. Amsterdam, Niderland



5. Sidney, Avstraliya



6. Toronto, Kanada



7. Vaşinqton, ABŞ



8. Kopenhagen, Danimarka



9. Seul, Cənubi Koreya



10. Melburn, Avstraliya



Kənan Məmmədov
Azvision.az


Teqlər: Təhlükəsiz   Şəhərlər  





Xəbər lenti