Baqajda Rusiyaya keçmək istəyən azərbaycanlı tutuldu
Azərbaycan vətəndaşı qeyri-qanuni yolla sərhədi keçərək Rusiyaya getmək üçün Rusiya vətəndaşları ilə razılaşıb. İki nəfər Rusiya vətəndaşı onu maşının yük yerində Uy çayı üzərindəki keçiddən sərhəddi keçirməyə cəhd edib. Lakin sərhədçilər tərəfindən işin üstü açılıb.
Qeyri-qanuni miqrasiya təşkil etməyə görə hər iki Rusiya vətəndaşına əmək haqqının 10%-i dövlətin xeyrinə tutulmaqla 6 ay islah işləri cəzası verilib. Hər iki şəxs təqsirini boynuna alıb.
Teqlər: