Rafiq Hüseynov Türkiyədə əməliyyat olundu

Rafiq Hüseynov Türkiyədə əməliyyat olundu
  11 Dekabr 2013    Oxunub:1609
Xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bu gün Türkiyədə əməliyyat olunub.
AzVision.az xəbər verir ki, R. Hüseynovun xanımı Səbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, əməliyyat çətin keçib: “Əməliyyat dörd saata yaxın çəkdi. Çox ağır və ciddi əməliyyat olub. Amma orqanizmin müqavimət qabiliyyəti yaxşı olub. Həkimlər dedilər ki, əməliyyat müddətində ciddi problemlər yaranıb. Ağciyərin üstündən şişi götürüblər. Biz düşünürdük ki, bəlkə ağciyərini kəsəcəklər, amma əsas problem bronxlarda olub, ona görə də, bronxlarda da əməliyyat aparılıb. Xəstəliyin bronxlara metastaz verməsi ciddi problemdir. Ciyərini kəsib götürsəydilər, daha yaxşı olardı, nəinki bu xəstəliyin bronxlara yayılması”.

S. Hüseynova əlavə edib ki, müalicə ilə əlaqədar on gün Türkiyədə qalacaqlar: “Ciddi nəzarət olmalıdır. Növbəti günlərdə kimyaterapiya aparılacaq. Hələlik icazə vermirlər, bir neçə saatdan sonra onunla görüşəcəyəm”.


Teqlər:





Xəbər lenti