İçki məclisi qanlı bitdi

İçki məclisi qanlı bitdi
  16 Dekabr 2013    Oxunub:1426
Bir-birinin sağlığına içən Şirvan gəncləri arasında bıçaqlanma hadisəsi baş verib. Tonqal ətrafında başlayan içki məclisi qanlı bitdi.
Şirvan şəhərinin Ərəblinski küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, həmin küçədə bir qrup gənc mağazanın qarşısına toplaşaraq tonqal ətrafında içki məclisi düzəldib.

İçki məclisində bir-birinin sağlığına tost deyən gənclərdən, Şirvan sakinləri, 22 yaşlı Valid Sərəstun oğlu Azayev və 27 yaşlı Rasim Nazim oğlu Əliyev arasında mübahisə yaranıb.

Gənclərin sözü digərinin boğazından keçmədiyindən onlar arasında yaranan mübahisə sonda münaqişəyə çevrilib. Bu zaman Rasim Əliyev üzərində gəzdirdiyi bıçaqla Valid Azayevə zərbə endirib.

Yaralı dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Onun üzərində 4 saat cərrhiyyə əməliyyatı aparılıb.

Hadisəni törədən Rasim Əliyev isə polis əməkdaşları tərəfindən artıq saxlanılıb.

Hazırda faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti