Qaraciyəri xəstəlikdən qoruyan qidalar

Qaraciyəri xəstəlikdən qoruyan qidalar
  13 Yanvar 2020    Oxunub:5347
Mütəxəssislər hansı qidaların qaraciyəri qorumağa kömək edə biləcəyini açıqlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, balqabaq ilk növbədə menyuya daxil edilməlidir. Çünki balqabaq oksidləşdirici stresin təsirini azaldır və detoksifikasiya fermentlərinin fəaliyyətini bərpa edir. Balqabaq toxumları da yüksək sink tərkibinə görə faydalıdır.

Siyahıda antioksidan təsiri olan, kalium, maqnezium və lif ilə zəngin quru ərik də var. Ümumiyyətlə, qurudulmuş meyvələr ürək-damar sisteminə yaxşı təsir göstərir.

Qeyd olunub ki, yağ turşuları, omeqa-3 və zeytun yağı da qaraciyərin bərpasına kömək edir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Qaraciyər  





Xəbər lenti