Rafiq Hüseynov Türkiyədən qayıtdı

Rafiq Hüseynov Türkiyədən qayıtdı
  21 Dekabr 2013    Oxunub:1206
Türkiyədə əməliyyat olunan Azərbaycanın tanınmış diktoru, xalq artisti Rafiq Hüseynov Bakıya qayıdıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə məlumat verən R.Hüseynovun xanımı Səbinə Hüseynova bildirib ki, o, həyat yoldaşı birlikdə bu dəqiqələrdə təyyarə ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıblar. O, R.Hüseynovun Bakıda həkim nəzarəti altında olacağını, iki ay sonra isə müayinə üçün yenidən Türkiyəyə qayıtmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.


Teqlər:  





Xəbər lenti