Elman Abdullayev həmsədr ölkələrə səsləndi

Elman Abdullayev həmsədr ölkələrə səsləndi
  08 Fevral 2013    Oxunub:2627
Azərbaycan XİN ATƏT-in Mİnsk Qrupuna vəzifəsini xatırladıb.
Belə ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini gücləndirməyə çağırıb.
Elman Abdullayev deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişə hələ də həllini tapmayıb, Azərbaycan torpaqları işğal altında qalmağa davam edir və köçkünlər öz evlərinə qayıda bilmir: “Bu münaqişənin həlli bölgə, o cümlədən qonşu ölkələr üçün çox vacibdir. Azərbaycan çox önəmli geostrateji mövqedə yerləşir və konfliktin davam etməsi bölgənin inkişafına əngəl törədir”.


Teqlər:





Xəbər lenti