“Rafiq Hüseynov narahatdır, danışa bilmir” - Xanımı

“Rafiq Hüseynov narahatdır, danışa bilmir” - Xanımı
  23 Dekabr 2013    Oxunub:1503
Türkiyədə əməliyyat olunan Azərbaycanın tanınmış diktoru, xalq artisti Rafiq Hüseynov artıq Bakıda müalicəsini davam etdirir.

AzVision.az diktorun səhhəti ilə maraqlanıb. Xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova bildirib ki, əməliyyatdan sonra R. Hüseynov hələ də özünü zəif hiss edir.

“Orqanizmi hələ də zəifdir. Səsi düzəlməyib. Sakit səslə danışır. Yanına gəlib getmək istəyənlər çoxdur. Ancaq biz hələ ki, bunu istəmirik. Rafiq deyir ki, səsi düzəlməyincə jurnalistlərin qarşısına çıxmayacaq. Özünü naraat hiss edir.”- deyə həyat yoldaşı bildirib.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçənginə görə dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti