Mingəçevirdə Narkomaniyaya qarşı rəsm sərgisi

Mingəçevirdə Narkomaniyaya qarşı rəsm sərgisi
  24 Dekabr 2013    Oxunub:2164
Mingəçevirdə “Narkomaniya və pis vərdişlərdən uzaq olaq, sağlam həyat yaşayaq” mövzusunda rəsm sərgisi təşkil edilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının gənclər birliyinin və “İdeal” Gənclər İctimai Birliyinin təşkil etdiyi tədbir ötən əsrin 90-cı illərində tikintisi yarımçıq qalan və narkomaniya yuvasına çevrilən köhnə binada keçirilib.

YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin üzvləri Bəxtiyar Mustafayev və Mustafa Hacıyev, həkim Eldar Mustafayev, “İdeal” Gənclər İctimai Birliyinin sədri Teymur Əzizov narkomaniyanın fəsadlarından danışmış, gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq olmağa səsləmişlər. Natiqlər “ağ ölüm” adlandırılan və bəşəriyyət üçün ən qorxulu ictimai bəla olan narkomaniyanın bu gün dünyanın qlobal problemlərindən birinə çevrildiyini vurğulayıblar.

Qeyd olunmuşdur ki, Mingəçevirdə vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir ki, bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir.


Məlumat verilib ki, şəhər icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq Mingəçevirin bütün ümumtəhsil ocaqlarında müvafiq maarifləndirici tədbirlər keçirilmişdir. Lakin görülən işlərlə kifayətlənmək olmaz. Narkomaniyaya qarşı mübarizənin fəaliyyət dairəsini daha da genişləndirmək lazımdır.

Gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib.

Sonra tədbir iştirakçıları 4 nömrəli orta məktəbin şagirdləri tərəfindən köhnə və tikintisi yarımçıq qalmış binanın divarlarına çəkilmiş rəsm əsərləri ilə tanış olublar.

Tədbirin sonunda yeniyetmə rəssamlar fəxri fərmanlarla təltif ediliblər.


Teqlər:





Xəbər lenti