Monika Beluççi keçmiş ərinə qayıda bilər

Monika Beluççi keçmiş ərinə qayıda bilər
  27 Dekabr 2013    Oxunub:6724
İtaliyalı məşhur aktrisa Monika Belluççi bu yaxınlarda verdiyi son müsahibədə şəxsi həyatı barədə danışıb. O, keçmiş əri Vensan Kassel ilə münasibətlərinin tam olaraq kəsilmədiyini və ərinə qayıtmaq ehtimalının olduğunu bildirib.
Xatırladaq ki, məşhur cütlüyünün 14 illik nigahdan sonra avqustun sonunda ayrılmaları xəbəri bütün dünyanı heyrətləndirmişdi. Həmin vaxt cütlüyün ayrıldığını Belluççinin rəsmi nümayəndələri təsdiqləmişdilər. Həmin boşanmada azərbaycanlı milyarder Telman İsmayılovun rolunun olduğu da deyilirdi.

“Əsas odur ki, bir-birimizi ittiham etməyək. Heç kəs nigahın dağılmasında günahkar deyil. Biz həyat yoldaşımla müxtəlif istiqamətlərdə gedirdik və hərə öz sevdiyi işlə maraqlanırdı. Tədricən başa düşdük ki, bizim yollarımız ayrılıb və biz müxtəlif tərəflərə baxırıq. Mən həmişə təkrar edirəm ki, tanqo üçün iki nəfər lazımdır. Məhəbbətimizi birlikdə qurduq, ona nəfəs verdik və sonra da ikimiz buna son qoymaq qərarına gəldik”, – deyə Belluççi “Tatler” jurnalına müsahibəsində etiraf edib.

49 yaşlı aktrisa əri ilə münasibətlərinin bərpa oluna biləcəyini dolayısı ilə təsdiqləyib: “Sevgi yox olmur. O, sadəcə başqa formada yaşayır. Unutmaq olmazı ki, bir-birimizi seçərkən ikimiz üçün də xoş idi. Bir-birimizə həsr etdiyimiz vaxta hörmət etməliyik. Sevgi boşanmadan yüksəkdədir. Bundan başqa, biz boşanıb sonra isə yenidən bir-biri ilə evlənən çox cütlüklər tanıyırıq. Həyatda hər şey ola bilər”.

Monika qız övladlarının Vensan Kassellə onu doğma insana çevirdiyini deyib: “Kişi ilə dərin münasibətlər yalnız ortaq uşağınız olduğu zaman ola bilər. Axı uşaqları bu insandan dünyaya gətirməyiniz təsadüf deyil. Siz onu seçmisiniz və bu, təsadüf yox, qismətdir. Ayrılıq məqamında anlamaq lazımdır ki, uşaqlar bizdən və arzularımızdan daha üstündürlər”,- deyə Monika Belluççi qeyd edib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti