“Vaqif Səmədoğlu həkim nəzarətindədir”

“Vaqif Səmədoğlu həkim nəzarətindədir”
  13 Yanvar 2014    Oxunub:1575
Xalq şairi Vaqif Səmədoğlu müalicə almaq üçün yenidən İsrailə yola düşüb. Hazırda həkim nəzarətində olan şairin səhhətində irəliləyiş yoxdur.

Bu barədə Azvision.az-a açıqlamasında V.Səmədoğlunun xanımı Nüşabə Vəkilova bildirib.

“Vaqif müəllim, indi dincəlir. Vəziyyəti haqqında həkimlər bir söz demirlər. Həmişəki vəziyyətdir. Müalicə olunur, həkimlərin nəzarətindədir. Bakıya nə vaxt qayıdacağımız barədə bir söz deyə bilmərəm”.

Qeyd edək ki, xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti