“Oskar” Fələstin dövlətini tanıdı

“Oskar” Fələstin dövlətini tanıdı
  18 Yanvar 2014    Oxunub:1455
“Ən Yaxşı Xarici Film” nominasiyasında “Ömər” filmini rəsmi olaraq Fələstin dövləti təmsil edəcək.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, martın 2-də keçiriləcək “Oskar” kino mərasimində “Ən Yaxşı Xarici Film” nominasiyasındakı 5 filmdən biri – “Ömər” Fələstin dövlətini təmsil edəcək.

Hollandiyada çalışan lakin mənşəcə fələstinli olan Hani Əbu-Əsədin rejissorluq etdiyi film terrorçu gəncin həyatından bəhs edir. Dünya birliyi tərəfindən tanınmayan Fələstin adətən rəsmi sənədlərdə Fələstin administrasiyası kimi göstərilirdi. Buna görə İsrail “Oskar” mükafatının təşkilatçılarına öz etirazlarını bildiriblər.

Xatırladaq ki, 2006-cı ildə “Cənnət bu gün” filmi ilə “Oskar”a namizəd olan zaman Əbu Əsədin filmi o zaman Fələstin muxtariyyətini təmsil edirdi. Film 2 fələstinli kamikadzenin sərnişin avtobusunda partlayış törətmək planlarından bəhs edir.
Qalmaqallı filmin rejissor Hani Əbu- Əsəd Hollandiya ilə yanaşı İsrail vətəndaşlığını da saxlayır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti