Beynəlxalq sərgidə Azərbaycan guşəsi

Beynəlxalq sərgidə Azərbaycan guşəsi
  22 Yanvar 2014    Oxunub:1228
Almaniyada “Demokratiya Yolları” mövzusunda sərgi keçirildi.
Almaniyanın Zakhsen-Anhalt əyalətində müxtəlif millətlərin nümayəndələrindən ibarət 150-dən artıq icmanın iştirakı ilə “Demokratiya Yolları” mövzusunda sərgi keçirilib.

AzVision.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, həmin gün Maqdeburq şəhər bələdiyyəsinin təşkilatçılığı ilə şəhərin mərkəzi küçəsi olan Breiter-Wegde-də daha bir tədbir keçirilib.

Tədbirdə Azərbaycanı Magdeburg şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.

Tədbirdə çıxış edən cəmiyyətin sədri Yaşar Niftəliyəv, Xocalı faciəsinə həsr edilmiş kitabın müəllifi Rolf Kunsch, cəmiyyətin üzvü Fuad Ağayev iştirakçılara 20 Yanvar faciəsi, Xocalı faciəsi, ümumiyyətlə XX əsrdə erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilən haqsızlıqlar və cinayətlər haqqında geniş məlumat veriblər.

Artıq 6 ildir ki, Maqdeburq şəhərində “Demokratiya Yolları” adlı sərgi keçirilir və hər il bu sərgini 10 mindən artıq insan ziyarət edir. Cari ildə 15 minə yaxın insanın ziyarət etdiyi sərgidə Azərbaycan həqiqətləri, ölkəmizin zəngin təbiəti, mədəniyyəti, coğrafiyası, mətbəxi haqqında məlumat verilib, iştirakçılara bu məlumatları özündə əks etdirən kitablar hədiyyə olunub.


Teqlər:





Xəbər lenti