Qısqanclıq xəstəlikdir- Maraqlı
Lakin bundan başqa, hər qısqanclıq hadisəsi “patologiya” adlı ifadəyə aid edilə bilər. Patologiya- ilk növbədə, qısqanclığın aqressiv formada təzahürüdür. İtalyan alimləri insan beynində istənilən insanı ifrat qısqanca çevirə bilən nahiyə aşkar ediblər.
Alimlərin fikrincə, qısqanclıq insan beyinin müəyyən hissələrində müşahidə olunan aktivlikdən qaynaqlanır. Belə hallar insanın öz üzərində nəzarəti itirməsinə səbəb olduğuna görə, çox təhlükəlidir. Qısqanclıq onu düşünülməmiş hərəkətlərə sövq edə biləcək affekt vəziyyətinə də çatdıra bilər.
Elm artıq çoxdan sübut edib ki, güclü hisslər öz-özlüyündə orqanizmdə patologiyanın olmasına işarədir. Buna qədər sevginin də xəstəlik olduğu müəyyən olunmuşdu.
Vüqar İsmayılov