Araq rusları öldürür
Beynəlxalq araşdırma 1999-cu ildən 2010-cu ilə qədər 3 rus şəhərində- Barnaul, Biysk və Tomskda keçirilib və bu müddətdə 150 min respondentdən müsahibə alınıb. Aydın olub ki, ölkədə kişilərin vaxtsız vəfatı ilə tünd spirtli içkilər, xüsusən vodkanın qəbulu arasında birbaşa əlaqə mövcuddur.
Araşdırma “The Lancet” jurnalında dərc olunub.
“Bu araşdırma ilk növbədə, Rusiyada yaşlı əhalinin vaxtından əvvəl ölüm riskində vodkanın da önəmli rolu oynadığını göstərib”-deyə sənəddə deyilir. Müəyyən olub ki, həddən artıq çox vodka içmək intihar, bədbəxt hadisələr, həm də boğaz, ağciyər xərçəngi, vərəm, pnevmoniya, pankreatit, qaraciyər serrozu kimi bir çox xəstəliklərdən ölüm riskini artırır.
Tədqiqatçılar qeyd edirlər ki, Rusiyadakı kişilərin dörddə biri 55 yaşına qədər yaşaya bilmir. Eyni vaxtda Böyük Britaniyada isə eyni göstərici 7% təşkil edib.
Ölüm riski yaşdan və həftə ərzində qəbul olunan alkoqol miqdarından asılıdır. Məslən, 35-54 yaş qrupunda həftədə 3 litr vodka qəbul edən kişilərin ölüm riski 35% təşkil edir. 55-74 yaş qrupunda isə bu risk 64%-ə qədər artır.
Orta hesabla hər bir rusiyalı ildə 20 litr vodka qəbul edir.
Tədqiqatın müəlliflərindən birinin fikrinə görə, 2006-cı ildən başlayaraq Rusiya hökumətinin spirtli içkilərin satışı ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər öz əməli təsirini göstərməyə başlayıb. O ilk olaraq, artıq neçə ildir ki, Moskvada gecə saatlarında spirtli içkilərin satışına qoyulan qadağanı misal göstərdi. Tədqiqatçının fikrincə, gənclər pivə içməyə üstünlük verirlər və əslində bu Rusiya üçün proqressdir.
Vüqar İsmayılov