Erməni təbliğatının Azərbaycandakı desantı
Onların kim olduğunu sosial şəbəkə istifadəçiləri yaxşı bilirlər, amma hər halda, bir daha xatırladaq: Qiyas İbrahim, Nərmin Şahmarzadə, Vəfa Nağı... Və daha bir neçə maskalanmış xain. Özlərini guya “pasifist” kimi qələmə verib, əslində Azərbaycanın Vətən Müharibəsinə, Haqq Savaşına qarşı kampaniya aparanlar.
Faktik olaraq, bu adamlar Erməni təbliğat maşınının Azərbaycanın daxilindəki xüsusi təyinatlı qruplaşması vəzifəsini yerinə yetirirlər. Bunların hamısının etdikləri elə əvvəlcədən dözülməz olsa da, getdikcə xəyanətin, alçaqlığın dozası daha da artır. Və budur: Qiyas İbrahim artıq çəkinmədən ermənilərə Azərbaycanla necə döyüşmək lazım gəldiyi haqda strateji məsləhət verir, başa salır ki, “Əliyevin əl-qolunu bağlamaq” və Azərbaycanı danışqlara məcbur etmək üçün necə davranmaq lazımdır.
Onun “tərəf-müqabili” Hayk Tiqranyan kimdir bəs? Bəlkə o da erməni pasifistidir, müharibə istəməyənlərdəndir?! Əsla. Hayk Tiqranyan – Azərbaycanı viran qoymağın tərəfdarı kimi çıxış edən aqressiv erməni millətçisi, xüsusi hazırlanmış blogerdir. Gecə-gündüz durmadan erməni tərəfdən müharibə təbliğatı aparır. Nəzəri cəhətdən onu Qiyas İbrahim ilə birləşdirən heç nə olmamalı idi... Amma praktik olaraq varmış! Bu isə o deməkdir ki, söhbət heç də bunların qələmə verdikləri kimi “pasifizmdən” getmir. Bu, artıq açıq-aşkar Vətənə və Xalqa xəyanətdir.
Bu xainlər “pasifizm”, “no war” deyə-deyə şəhidlərimizi təhqir edirlər, Vətənin namusu üçün qurban gedən Azərbaycanlı gənc ilə işğalçı əsgəri bir tuturlar – dözürük. Vətən müharibəsinin lazımsız olduğunu deyirlər – dözürük. Xalqın qəzəbini düşməndən yayındırıb, öz rəhbərliyinə yönəltməyə çalışırlar – dözürük... Halbuki, onları susdurmaq ən azı şahid ailələrinin qarşısındakı borcumuzdur.
Soruşa bilərziniz: Bəlkə onlar doğrudan da, ideoloji pasifist, humanistdirlər, insanların ölməsini istəmirlər və Bəşəri dəyərlər uğrunda mübarizə aparırlar?! Qətiyyən . Onlara öz paylaşımlarının altında minlərlə insan min dillə izah edir, başa salır, sadəcə, özlərini qanmazlığa vururlar! Demək ki, qandıqları dildə danışmağın vaxtıdır.
Bu adam həbsdə olanda hamı soruşurdu ki, “O, niyə həbsdədir?!” İndi isə hamı qəzəblə soruşur: “O, niyə azadlıqdadır?!”
Nəticəni özünüz çıxarın.
Vüsal Məmmədov
Teqlər: Xainlər