Ukrayna müxalifəti `davay do svidaniya` deyir

Ukrayna müxalifəti `davay do svidaniya` deyir
  09 Fevral 2014    Oxunub:1436
Ukrayna müxalifəti Azərbaycandan meyxanaçı çağırır.
Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini yola salmaq üçün azərbaycanlı meyxanaçıların köməyindən istifadə etmək niyyətinə düşüb. Müxalifət partiyalarından biri bu xüsusda Ehtiram və İntiqam Rüstəmov qardaşlarına dəvət göndərib. AzVision.az xəbər verir ki, bunu ANS-ə “Tı kto takoy, davay do svidaniya”nın müəlilfləri özləri bildirib.

Qardaşlar Ukrayna dəvətini hələlik müsbət dəyərləndirməyiblər. Onlar ehtiyatlanırlar ki, dəvəti qəbul edəcəkləri təqdirdə, bu başqa bir dövlətin siyasi işlərinə qarışmaq kimi yozula bilər. Amma bununla belə işlərini ehtiyatlı tutub Ukrayna dilində bir-iki söz öyəniblər. Yəni, olmadı elə, oldu belə.

Meyxanaçılardan təklif müqabilində onlara nə vəd edildiyini də soruşduq. Məlum oldu ki, Ukrayna müxalifəti qardaşlara üç gün üçün 20 min avro pul vəd edib. Meyxanaçılar isə düşünür ki, pul hər şeyi həll etmir.


Teqlər:





Xəbər lenti