Lənkərandakı Xan evi əsaslı bərpa edilir

Lənkərandakı Xan evi əsaslı bərpa edilir
  11 Fevral 2014    Oxunub:3666
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Lənkəran xanı Mirəhməd xanın 1913-cü ildə xanımının şərəfinə inşa etdirdiyi saray tikiləndən yalnız bir əsr sonra əsaslı təmirə dayandırılıb.

Deyilənə görə, Mirəhməd xan bu unikal sarayı həyat yoldaşı, həm də əmisi qızı Tuğra xanımın 1912-ci ildə Zaqafqaziyada keçirilən gözəllik müsabiqəsində 1-ci yer tutması şərəfinə inşa etdirib. Tikiləcək sarayın dünyada analoqunun olmaması fransız memarı qarşısında qoyulan başlıca şərt olub. Mərkəzi istilik, elektrik işıqlandırma sisteminə malk, dövrünün ən müasir tələblərinə cavab verən binadan müxtəlif illərdə müxtəlif məqsədlər üçün istifadə edilib. Sonuncu dəfə rayon tarix diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən bu tarixi binada əsaslı təmirə ciddi ehtiyac duyulurdu.

Lənkəran rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi, İlqar Əzimov: “Əsaslı təmir işləri aparılmayıb. Qismən bərpa işləri müxtəlif dövrlərdə aparılmışdır. Regionların sosial inkişafı dövlət proqramına əsasən binada təmir işlərinə başlanmışdır. Təmir bərpa işləri başa çatdıqdan sonra burada müasir standartlara uyğun olan muzey ekspoziyası qurulacaqdır”.

Əsaslı təmir bərpa işləri Respublika Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbərpa elmi tədqiqat layihə institutunun planı əsasında həyata keçirilir. Podratçı təşkilat olan elmi bərpa istehsalat MMC-nin rəsmiləri tarixi binanın əsaslı bərpası üçün ilkin olaraq 1 milyon manat vəsaitin ayrıldığını deyir. Bərpa işləri aparılarkən binanın ilkin quruluşu saxlanmaqla yanaşı müasir su-kanalizasiya, istilik, işıqlandırma, havalandırma sistemləri qurulacaq. Binanın əsaslı təmirinin bu ilin sonuna yekunlaşacağı deyilir.


Teqlər:





Xəbər lenti