`Min bir gecə` Minskdə

`Min bir gecə` Minskdə
  17 Fevral 2014    Oxunub:1584
Fevralın 14-dən 16-dək Minskdə, Belarus Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerası olub.
Quruluşçu baletmeyster, Azərbaycanın Xalq Artisti Mədinə Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyası, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimlər belarus tamaşaçıları tərəfindən böyük coşqu və heyranlıqla qarşılanıb.

Tamaşanın quruluşunda, həmçinin teatrın baş baletmeysteri, Belarus Respublikasının Xalq Artisti Vladimir İvanov, eləcə də quruluşçu-baletmeysterin assistentləri – Belarusun Əməkdar artistləri Janna Lebedeva və Olqa Serko, rəssam - Lyubov Sidelnikova, musiqi redaktoru - Azərbaycanın Əməkdar Artisti Samir Səmədov iştirak ediblər.

Tamaşada aparıcı partiyaları Belarus Dövlət Musiqili Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Sergey Qlux (Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç (Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik (Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin), Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova (Mərcanə) və Nikolay Umerenkov (Əlibaba) ifa ediblər.



Teqlər:  





Xəbər lenti