Bakıda italyan mətbəxi
Festival 3 gün müxtəlif proqramlarla davam edəcək. Festivalın ilk günü “Pizza günü” adlanır. 21 Fevral saat 18:00 da açıq elan ediləcək. Həmin gün müxtəlif pizzalar nümayiş etdiriləcək, festival iştirakçılar pitsaların dadına baxa biləcək, eləcə də VILLA-nın peşəkar aşpazlarından italyan pizzası növləri haqda məlumat alacaqlar.
22 fevral - Pasta günündə İtaliya mətbəxinin ən dadlı yeməklərindən biri sayılan pastaları dada biləcəklər. Festival iştirakçıları 23 fevral - Möhtəşəm Pizzaçıların yarışmasının şahidi olacaqlar. Yalnız bu gün pizzaçılar ən tez və ən böyük pizzanı hazırlamaq üçün yarışacaqlar.
“Yalnız bu günlərdə İtaliya Mətbəxi Festivalında iştirak etməklə italyan mətbəxi Sizlərə İtalya qədər yaxın olacaq!”
Təbir Villa Pizza tərəfindən təşkil edilib,
Foodpanda, Laffarella, 28 Mall AVM təşkilati dəstək göstərən qurumlardır.