Xalça muzeyinin yeni binası tam hazırdır

Xalça muzeyinin yeni binası tam hazırdır
  23 Fevral 2014    Oxunub:2236
Xalça Muzeyi üçün tikilən yeni binada son tamamlama işləri aparılır.
Səbail rayonunda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün tikilən yeni binada son tamamlama işləri aparılır.

AzVision.az xəbər verir ki, Rayon icra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, orijinal üslubda inşa olunmuş binada tikinti-quraşdırma işləri tam başa çatdırılıb.

Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə muzeydə 15 mindən çox eksponatdan ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün binada müasir tipli sərginin nümunəsi yaradılır.


Teqlər:





Xəbər lenti