BDU ölən müəllimlə bağlı açıqlama yaydı

BDU ölən müəllimlə bağlı açıqlama yaydı
  24 Fevral 2014    Oxunub:1375
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti BDU-nun tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, tarix elmləri doktoru, professor Rəfael Süleymanovun vəfatı ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, tarix elmləri doktoru, professor Rəfael Süleymanov bu gün işə gələrkən liftin qarşısında dünyasını dəyişib. İddia edildiyi kimi, Rəfael Süleymanov tələbə R.Kitçiyevanın şikayət etdiyi şəxs deyil.

Bildirək ki, sosial şəbəkələrdə mərhumla bağlı qeyd olunub ki, tələbənin ittiham etdiyi dekan müavini Rəfael Süleymanov dərs vaxtı ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti