Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

   Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
  10 May 2025    Oxunub:310
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanda olublar.
AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.


Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
AzVision.az


Teqlər: UluÖndər   MN  





Xəbər lenti