Zalujnıya nə mane olub?

Nəşrdə Zalujnı prezident Volodimir Zelenskinin Ukrayna ordusunun modernləşdirilməsi üzrə həyata keçirdiyi siyasəti dəstəklədiyini bildirib. Söhbət ordunun briqada modelindən korpus strukturuna keçidindən gedir.
“1991-ci ildə müstəqillik əldə etdikdən sonra Kiyev 780 min nəfərlik böyük ordu miras aldı. Bununla belə, “sovet” modeli kimi qalan silahlı qüvvələrin strukturu hərbi əməliyyatlar aparmağa tamamilə yararsız idi”, - USQ-nin sabiq Baş Komandanı deyib.
Onun sözlərinə görə, Ukrayna ordusunu NATO standartlarına yaxınlaşdıran islahatlar Kiyevə Rusiyanın tammiqyaslı hücumunun başlanğıcına tab gətirməyə kömək edib. Zalujnının irəli sürdüyü əsas islahatlardan biri, birgə əməliyyatların xeyrinə olaraq, silahlı qüvvələrin müxtəlif qolları - ordu, donanma, hərbi hava qüvvələri, kiberməkan – arasında sərt bölünmələrdən imtina edilmsəi idi.
Lakin 2022-ci il fevralın 24-dən sonra həddən artıq yüklənən USQ-nin komandirləri hər biri ayrı-ayrı istiqamətə cavabdehlik daşıyan bir neçə əməliyyat-taktiki qrupa tabe olan 100-dən çox briqadadan ibarət orduda əlavə dəyişiklikləri çətinliklə həyata keçirirdilər.
Buna görə də, 2022-ci ilin yayında Zalujnı ABŞ və Böyük Britaniya modellərinə əsaslanan korpus strukturuna keçidə başlayıb. Lakin, onun fikrincə, islahat təcili ehtiyac duyulan elit hava-desant hücum korpusunun yaradılmasına gətirib çıxarmadı.
-Təşəbbüsün özü əngəlləndi. Xaricdə təlimə başlamalı olan desant-hücum korpusu yalnız kağız üzərində qaldı”, - Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az