Təl-Əvivdə raket hücumu təhlükəsi elan edilib

Təl-Əvivdə raket hücumu təhlükəsi elan edilib
  09 May 2025    Oxunub:463
İsrailin mərkəzi bölgələrində, o cümlədən Təl-Əvivdə raket hücumu təhlükəsi ilə əlaqədar hava hücumu siqnalları səsləndirilib.
AzVision.az xəbər verir ki, İsrail Müdafiə Ordusu raket buraxılışının qeydə alındığını, onun Yəmən ərazisindən atıldığının ehtimal edildiyini bildirib və hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Qeyd etmək lazımdır ki, bu, İsrail Hərbi Hava Qüvvələrinin Səna hava limanını məhv etməsindən sonra Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən həyata keçirilən ilk belə hücumdur. İsrailin Səna şəhərinə endirdiyi zərbələr nəticəsində 38 nəfər yaralanıb, üç nəfər isə həyatını itirib.

AzVision.az




Teqlər:





Xəbər lenti