Hava şarı arıqlamağa yardım edəcək

Hava şarı arıqlamağa yardım edəcək
  25 Fevral 2014    Oxunub:1458
Avropada arıqlama üçün yeni unikal metod kəşf edilib.
Digər metodlardan öz sadəliyi ilə fərqlənən yeni arıqlama metodu avropalı mütəxəssislər tərəfindən hazırlanıb.

Xüsusi olaraq hazırlanan kapsullar sayəsində 12 həftədə 8 kiloqrama qədər arıqlamaq mümkündür.

Kilo vermək istəyən pasient xüsusi kapsula qəbul edir. Kapsul hava şarı formasında olur. Mədədə o qısa müddətdə əriyir. Və hava şarı formasında bütün mədəni əhatə edir. Bu isə pasientdə aclıq hissini azaldır. Nəticədə insanlar daha az yeyirlər.

Səhiyyə işçiləri proseduran tamamilə təhlükəsiz olduğunu, hava şarının bir müddət sonra boşaldığını və orqanizmi təbii yolla tərk etdiyini bildirirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti