“Təhsil haqlarında güzəşt edilməlidir” –Təklif

“Təhsil haqlarında güzəşt edilməlidir” –Təklif
  25 Fevral 2014    Oxunub:1484
“Ali məktəblərdə təhsil krediti sistemini tətbiq etmək mümkün olarsa, təhsil sistemimizə bir yenilik gələr”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı ali məktəblərdə tələbələrə güzəştli kreditlərin verilməsini təklif edib.

Deputat hesab edir ki, təhsil haqlarının kreditlə ödənilməsi mümkün olarsa imkansız ailələr övladlarının təhsil haqqını ödəməkdən ya azad olarlar, ya da bu yük bir qədər yüngülləşər:

“Tələbələr çoxlu qayğılardan azad olarlar. Lakin təhsil kreditinin tətbiqinin bir sıra çətinliklərinin olduğu aydın görünür. Hər şeydən əvvəl, təhsil kreditini verməkdə maraqlı olan bankların tapılması çətindir. Çünki onlar bu işdə maraqlı deyillər. Onlar özlərinin sərf maliyyə maraqlarını güdürlər. Bu da başadüşüləndir. Digər bir çətinlik isə ali məktəbi bitirdikdən sonra gənclər işlə təmin olunmadıqda kreditlərin geri qaytarılmasında yaranan problemlərlə bağlı ola bilər. Bu isə həm çoxlu sosial problemlər və gərginlik yarada, həm də bankları çətin vəziyyətə sala bilər. Amma gec-tez təhsil kreditinin ölkəmzidə tətbiq olunması zəruridir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti