Kimlər ödənişsiz təhsil ala bilər? - Nazirlikdən AÇIQLAMA

Kimlər ödənişsiz təhsil ala bilər? - Nazirlikdən AÇIQLAMA
  25 Fevral 2014    Oxunub:8962
Təhsil Nazirliyi Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələrin hansı hallarda təhsil haqqından azad olunmasına aydınlıq gətirib.
AzVision.az-ın məlumatına görə, nazirliyin facebook səhifəsində bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan aşağıdakı kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

Dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr; dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr.

Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti