Qədim əlyazmada kenquru şəkli - Elmi sensasiya

Qədim əlyazmada kenquru şəkli - Elmi sensasiya
  27 Fevral 2014    Oxunub:2167
Nyu-Yorkun “Les Enluminure” qalereyasının əməkdaşları yenicə əldə edilən portuqal manuskriptində kenquru şəkili aşkarlayıblar.
Mütəxəssislərin sözlərində görə, şəkil Avstraliyanın avropalılar tərəfindən kəşf olunması ilə bağlı tarixçilərin mövqeyini dəyişə bilər.

Yeni tapıntı ilə bağlı “The Age” jurnalı ətraflı məlumat verib.
Kilsə mahnılarının notlarının yer aldığı manuskript qalereya tərəfindən portuqal kolleksiyaçısından 15 min dollara əldə olunmuşdu. Sənədin 1580-1620-ci illərə aid olduğu bildirilir.

Tarixdən məlumdur ki, Avstraliyaya ilk dəfə 1606-cı ildə hollandiyalı Billyem Yanszon ayaq basmışdı. Beləliklə, yeni sənəd Avstraliyanın kəşfində portuqaliyaların öndə olduğunu göstərir.
“Ya bu manuskriptin müəllifi Avstraliyada olub, ya da daha maraqlısı Avstraliyada yaşayan heyvanların təsvirləri həmin vaxt Portuqaliyada məlum idi”-deyə qalereya yeni tapıntıya şərh verib.

Bununla bağlı alimlər arasında elmi müzakirələr davam edir. Bəzi tədqiqatçıların fikrincə, portuqaliyalardan öncə, Avstraliyanı makasar kimi tanınan indoneziyalı ovçular kəşf edib.
Eli dairələrdə müzakirələr hələ də davam edir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti