Devrilən prezidentlər... ARAŞDIRMA

Devrilən prezidentlər... ARAŞDIRMA
  28 Fevral 2014    Oxunub:2613
Aşırılan heykəllər, aqressiv kütlə, müxtəlif şüarlar, tələblər... İnqilablar, çevrilişlər üçün xarakterik səhnələr... Bu səhnələri son günlər Ukraynada görürük. Artıq Yanukiviç devrilmiş lider sayılır. Vaxtilə Ukraynanın bir nömrəli şəxsi hesab olunan Yanukoviç artıq beynəlxalq axtarışa verilərək barəsində cinayət işi açılıb. Artıq Yanukoviçin bir statusu var: devrilən prezident. Yanukoviç bu siyahıda tək deyil. Səddam Hüseyn, Hüsnü Mübarək, Müəmmar Qəddafi, və daha neçələri Yanukoviçlə eyni statusu daşıyırlar.

AzVision.az saytı yaxın 10 ildə taxt-tacından devrilən prezidentlərlə bağlı araşdırma aparıb.

Neft, yoxsa demokratiya?



Ümumiyyətlə, son 11 ildə ilk devrilən lider İraqın sabiq prezidenti Səddam Hüseyn olub. O, 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altında çoxmillətli koalisiya qoşunlarının İraq hücumundan sonra devrilib. Hücum 2003-cü ilin martın 20-də həyata keçirilib.
ABŞ-ın İraqa hücumunu isə politoqlar bu ölkədəki neftlə əlaqələndirdilər. Yəni, məqsəd İraqda demokratiyanın bərqərar olunması yox, İraqdakı nefti ələ keçirmək idi.

Devrildikdən sonra Səddam Hüseyn bir çox cinayətlərdə ittiham olundu. Nəhayət, 2006-cı ildə o, asılaraq edam edildi. Edam noyabrın 5-də İraqın paytaxtı Bağdadda baş tutub. Edamın videoçəkilişinə icazə verilməsə də telefonla həmin görüntülər qeydə alınıb qısa müddətdə internetdə sürətlə yayılmışdı.

Səddam Hüseynin edamdan əvvəl dediyi bu sözləri hələ də yaddaşlardan silinməyib: “Bərabərliyinizi qoruyun və İrana etibar etməyin”.



Gürcüstanda isə hakimiyyət dəyişikliyi xarici ölkənin işğalı ilə yox, xalqın etirazları ilə baş tutdu. Belə ki, 2003-cü ildə ölkədə yaranmış iqtisadi və siyasi gərginlik növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə tarixə düşüb. 2003-cü ilin noyabrın 2-də keçirilən seçkilərdə MSK Yeni Gürcüstan blokunun qalib gəldiyini elan etsə də müxalifət seçkinin nəticələrini tanımadı. Ölkə prezidenti Eduard Şevardnadze 14 noyabrda xalqa müraciət edərək qeyd etmişdi ki, xalq istəsə o, hakimiyyətdən getməyə hazırdır. Amma getmədi...

Noyabrın 20-də MSK seçkilərin rəsmi nəticələrini açıqladı. Nəticələrə görə, “Yeni Gürcüstan” bloku 21,3%, Dirçəliş Partiyası 18,84%, Mixail Saakaşvilinin rəhbərlik etdiyi Milli Hərəkat Partiyası isə 18,3% səs toplamışdı. Müxalifət bu seçkini xalqı ələ salmaq kimi qiymətləndirdi.
Nəhayət, noyabrın 23-ü Şevardnadze istefa verməyə məcbur oldu.
2004-cü il yanvarın 4-də növbədənkənar prezidnet seçkiləri keçirildi. Seçkinin nəticələrinə görə 89,97% səs toplayan Mixail Saakaşvili qalib gəldi.

Martın 28-də keçirilən parlament seçkilərində də Saakaşvilinin Milli Hərəkat Partiyası qalib gəldi.

Qeyd edək ki, Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya da inqilabla hakimiyyətdən devrilib.



Tarixi ardıcılığıa diqqət yetirsək Gürcüstandan baş verən “məxməri inqilab”dan sonra növbəti dalğa Ukraynaya yetişdi. 2004-cü ildən Ukraynanı ayağa qaldıran “Narıncı inqilab” dünya ictimaiyyətinin diqqətini bu ölkəyə yönəltdi.

Azadlıq meydanında etirazlar 2004-cü il noyabrın 22-dən başlamışdı. Eyni zamanda müxalifyönlü jurnalist Georgi Qanqadzenin öldürülməsi də hadisələrin daha da gərginləşməsinə səbəb oldu. Belə ki, etirazçılar onun ölümündə prezident Leonid Kuçmanı təqsirkar bildilər. Aylarla davam edən etiraz aksiyalarından sonra 2005-ci il yanvarın 19-da Leonid Kuçma istefa verdi. Yanvarın 23-də Viktor Yuşenko Ukraynanın rəsmi prezidenti elan edildi.

2004-cü ilin noyabrın 21-də prezident seçkiləri keçirildi. Seçkilərin nəticələrinə görə, Viktor Yanukoviç Viktor Yuşenkodan 3% çox səs toplayaraq qalib gəldi. Lakin Ali Məhkəmə seçkilərin obyektiv nəticəsini müəyyən edə bilmədiyinə görə, yenidən seçki keçirildi. Dekabrın 26-da baş tutan seçkilərdə 8% səs üstünlüyü ilə Viktor Yuşenko qalib gəldi.
Bu, Ukraynda tarixinə “Narıncı inqilab” kimi düşüdü. Viktor Yuşenko və Yuliya Timoşenkonun liderlik etdiyi inqilabın narıncı adlanmasına səbəb Viktor Yuşenkonun narıncı bayraq qaldırmağı oldu.

Ukrayna növbəti dəfə 2013-cü ilin sonlarında dünya ictimaiyyətinin diqqətini özünə cəlb etdi. Belə ki, 2013-cü il noyabrın 22-dən başlayaraq ukraynanılar prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan imtina etməsinə etiraz edərək “Maydan”a toplaşdılar. Günlərlə davam edən aksiyalara sonradan sabiq daxili işlər naziri Yuri Lutsenko və UDAR partiyasının sədri Vitali Kliçko da dəstək oldu.



Yanukoviç aksiyalara başçılıq edən müxalif liderlərlə görüşüb onlara hakimiyyət təklif etsə də Nə Yatsenko, nə də Kliçko bununla razılaşmadı. Aksiyalar səngimədən davam etdi və son günlərdə artıq qarşıdurmalar da yaşanmağa başladı. Belə ki, ötən həftə Maydandakı aksiylarda baş verən qarşıdurmalar 100-ə yaxın etriazçının həyatına son qoydu.
Nəhayət, Yanukoviç hakimiyyətdən devrildi. O Rusiyaya qaçaraq Moskvanın himayəsinə sığındı.

Ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar verildi. Seçki mayın 25-də baş tutacaq. Ölkədə idarəetməni ələ alan parlament keçmiş baş nazir Yuliya Timoşenkonun həbsdən azad edilməsi ilə bağlı qərar qəbul etdi və o, azad olunandan dərhal sonra Maydana gəlib etirazçılara dəstək verdi. Daha sonra isə prezidentliyə namizəd olacağını bəyan etdi.

Qeyd edək ki, Ukraynadakı aksiyalarda iştirak edən etirazçıların ilk gördüyü işlərdən biri paytaxt Kiyevdəki Lenin heykəlini dağıtdılar. Sonrakı günlərdə də ölkənin müxtəlif şəhərlərindəki Lenin heykəlləri dağıdıldı.

“Ərəb baharı” – kimlər devrildi?

Son illərdə ən səs-küylü inqilab, daha doğrusu inqilablar dalğası 2010-cu ildə ərəb ölkələrində başladı. Ərəb Baharı adlanan bu dalğa 2010-cu ilin dekabrın 18-də Tunisdən başladı. Tunisdə göyərti satan vətəndaşın etiraz əlaməti olaraq özünü yandırması genişmiqyaslı aksiyalara rəvac verəcək etiraza səbəb oldu. Belə ki, iqtisadi böhran və bahalaşma xalqın üsyanına və 23 illik prezident Zeynalabdin Bin Əlinin devrilməsinə gətirib çıxardı.

3 il müddətində bu ölkədə siyasi gərginlik səngimək bilmədi. Nəhayət, 2014-cü ildə yeni hökumət quruldu və 149 maddəlik konstitusiya qəbul olundu. Bu inqilaba “Yasəmən inqilabı” adını aldı.



İnqilabi dəyişikliklərin ən uzun müddət davam etdiyi ölkə Misir oldu. Etiraz askiyaları qısa müdətdə geniş miqyas aldı və Təhrir meydanı inqilabın meydanına çevrildi. Nəticədə prezident Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyuldu. Hakimiyyət orqanları kütləvi aksiyaların keçirilməsinə qadağa qoysa da, nümayişlər Qahirə, İsgəndəriyyə və Süveyş şəhərlərində davam etdi.

Prezident Hüsnü Mübarək vəzifəsindən istefa verdi. Hakimiyyətə müdafiə naziri Məhəmməd Hüseyn Təntavi gəldi.Misir Parlamenti buraxıldı. Konstitutsiya ləğv olundu. Hakimiyyət Silahlı Qüvvələrin Ali Şurasına keçdi. Yeni parlament seçkilərinin 2011-ci ilin sentyabrında keçirilməsi qərara alındı.

Misirdə inqilaba liderlik edən Müsəlman Qardaşlar hərəkatında yaradılmış Azadlıq və Ədalət Partiyasının lideri Məhəmməd Mursi 2012-ci ildə prezident seçildi. Lakin onunhakimiyyəti uzun müddət davam etmədi. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olundu.

2014-cü ilin fevral-mart aylarında parlament, yay aylarında isə prezident seçkiləri keçirilməlidir.

Bu dəfə Liviyada...



2011-ci il fevralın 17-də Liviyada etiraz aksiyaları başladı. Bu dəfə Liviyada... Benqazi şəhərində başlayan etiraz askiyaları bütün ölkəni bürüdü. Ölkə başçısı Müəmmar Qəddafinin hakimiyyətdə olduğu illərdə əhali üçün bir çox üstünlükləri təmin etdiyi deyilsə də o, devrildi. 2011-ci ilin oktyabr ayında isə o, kütlə tərəfindən Sirtdə döyülərək öldürüldü. Onların bu addımı isə birmənalı qarşılanmadı. Çoxları bu addımın doğru olmaıdğını düşünürdü.

2012-ci ilin iyul ayında isə parlament seçkiləri keçirildi. Milli Qüvvələr İttifaqı Partiyası parlamentdə 39 mandat alaraq qalib gəldi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti