Azərbaycanın Eurovision təmsilçisi seçildi

Azərbaycanın Eurovision təmsilçisi seçildi
  01 Mart 2014    Oxunub:1367
Bu il "Eurovision 2014" musiqi yarışmasında Azərbaycanı gənc müğənni Dilarə Kazımova təmsil edəcək.

Qafqazinfo.az xəbər verir ki, "Eurovision 2014"-ün seçim turu olan "Böyük səhnə"nin qalibi olan sənətçi Azərbaycanı Danimarkada baş tutacaq müsabiqədə təmsil edəcək.

Dilarə Kazımova Bakıda anadan olub. Ü. Hacıbəyli adına Bakı musiqi akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. Eurovision mahnı müsabiqəsinə milli seçimlərin (2008, 2010) iştirakçısı olub. “Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır. Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir.

Qeyd edək ki, final şousu martın 2-də saat 23:00-da İTV telekanalının efirində baş tutacaq.




Teqlər:  





Xəbər lenti