Yeni troya proqramı yaradılacaq

Yeni troya proqramı yaradılacaq
  01 Mart 2014    Oxunub:2146
`ESET`virtual valyutanın oğurlanması üçün zərərli proqramın yaradılması barədə xəbərdarlıq edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “ESET” beynəlxalq antivirus şirkəti “Bitcoin” virtual valyutasının oğurlanması üçün hazırlanan yeni troyan proqramının yaradılması barədə xəbərdarlıq edib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu proqrama əsasən “Mac OS X” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlər yoluxa bilər.

Virus laboratoriyasının ekspertləri troyanı populyar fayl mübadiləsi proqramlarında müdaxilə edilmiş əlavələr, o cümlədən məşhur “Angry Birds” oyunu, mətnli və qrafik redaktorlar şəklində aşkar ediblər. Yoluxmadan sonra troyan fərdi məlumatların oğurlanması üçün zərərli komponentləri quraşdırır.

“Troyan yaradıcıları “Bitcoin”lərin populyarlığından və valyutaların məzənnə mübadiləsindən istifadə edərək virtual valyuta istifadəçilərinin elektron hesablarını əvvəlcədən boşaldaraq varlanmağa çalışırlar”, - informasiya təhlükəsizliyi üzrə ekspert Qrem Kluli bildirib.

“ESET” ekspertləri kompüterləri müasir antivirus proqram təminatı ilə qorumağı və pirat kontenti yükləməkdən çəkinməyi məsləhət görürlər.

“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur.



Teqlər:  





Xəbər lenti