Futbolçumuza cinayət işi açıldı

Futbolçumuza cinayət işi açıldı
  28 Mart 2013    Oxunub:2027
Futbolçu Araz Abdullayevin törətdiyi və bir nəfər piyadanın ölümü ilə nəticələnən qəza barəsində cinayət işi açılıb.
Xətai rayon polis şöbəsi Azərbaycan milli komandası və “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açıb. Polis şöbəsindən “1news.az”a verilən məlumata görə, futbolçuya Cinayət Məcəlləsinin 263 maddəsi ilə (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmaq) cinayət işi açılıb, istintaq aparılır.

Xatırladaq ki, bu gün günorta saatlarında futbolçunun idarə etdiyi “Nissan” markalı 90-XF-350 dövlət nömrə nişanlı avtomobil Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.


Teqlər:  





Xəbər lenti