Temperaturla idarə olunan maqnit yaradılıb

Temperaturla idarə olunan maqnit yaradılıb
  06 Mart 2014    Oxunub:1402
Kaliforniya Universitetinin fizikləri maqnit xüsusiyyətləri temperaturdan asılı olan material hazırlayıblar. Alimlər materialın təsvirini ABŞ Fiziklər Cəmiyyətinin Denver şəhərində keçirilən konfransında təqdim ediblər.
Polad materialın əsasını nazik qatlı nikel və oksid vanadium təşkil edir. AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, oksid vanadium cüzi temperatur dəyişikliyində keçiricilik qabiliyyətini dəyişir. O, aşağı temperaturda izolyator, yüksək temperaturda isə metal xüsusiyyətlərini büruzə verir.

“Biz materialın maqnit xüsusiyyətlərini maqnit sahəsini tətbiq etmədən idarə edə bilərik. Bu idarəetməni prinsipcə elektrik gərginliyi və ya cərəyan vasitəsilə həyata keçirmək olar”, - alimlərdən biri İvan Şuller yeni materialın xüsusiyyətləri haqqında danışarkən bildirib.

Hazırda alimlər materialın maqnit xüsusiyyətlərini yalnız lazer şüalanmasının köməyi ilə dəyişməyə nail olublar. 20 dərəcə istilikdə materialın maqnit sahəsinə müqaviməti təxminən beş dəfə dəyişib.

Mütəxəssislər ümid edirlər ki, yeni materialın tədqiqi yeni maqnit daşıyıcılarının yaradılmasını stimullaşdıra bilər. Bundan başqa, oxşar xüsusiyyətlərə malik materialın əsasında yüksək gərginliyə davamlı transformatorların yaradılması da mümkündür.


Teqlər:  





Xəbər lenti