Müşahidə kameralarında `4K` texnologiyası

Müşahidə kameralarında `4K` texnologiyası
  06 Mart 2014    Oxunub:1491
“4K” texnologiyası müşahidə kameralarında tətbiq ediləcək.
2015-ci ilədək “Sony” şirkəti istehsal etdiyi müşahidə kameralarında “4K” texnologiyasının tətbiqini planlaşdırır. “Full HD” formatını dörd dəfə üstələyən yüksək təsvir ölçüsü sayəsində çəkilişin keyfiyyəti daha da yaxşılaşdırılacaq, həmçinin təsvirin ölçüsü artırılanda görüntü dəqiqliyini itirməyəcək ki, bu da videoçəkiliş kadrlarında cinayətkar ünsürləri tanımaqda böyük əhəmiyyət kəsb edir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, təsviri artırmaq üçün “Sony” daha böyük CMOS-sensorlardan istifadə edir. Bundan əlavə, müvafiq proqram təminatının hazırlanması nəzərdə tutulur.

Yeni modellər vasitəsilə Yaponiyanın nəhəng istehlak elektronikası ixracatçısı müşahidə kameralarının satış həcmini xeyli artırmağı planlaşdırır. 2015-ci maliyyə ilində şirkətin göstəricilərinin 2012-ci illə müqayisədə 3-4 dəfə artacağı gözlənilir.

Yaponiyanın “Nikkei” nəşrinin məlumatına görə, 2013-cü ildə dünya müşahidə kameralarının həcmi 700 milyard yen (6,82 milyard dollar) təşkil edib. 2015-ci ilədək bu göstəricinin 1 trilyon yenə yaxınlaşacağı gözlənilir. Bu, dünyada müşahidə olunan cinayətkarlıq və terrorizmlə mübarizənin güclənməsi sayəsində mümkün olacaq.


Teqlər:





Xəbər lenti