Yeddinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Yeddinci mərtəbədən yıxılan uşaq sağ qaldı
  11 May 2021    Oxunub:9443
Rusiyada iki yaşlı uşaq yeddinci mərtəbədən yıxılsa da, sağ qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Hadisənin Moskvada baş verdiyi bildirilir.

"Hadisə mayın 11-də baş verib. İlkin məlumata görə, uşaq anası tərəfindən nəzarətsiz qaldığı üçün yaşayış binasının yeddinci mərtəbəsində yerləşən bir mənzilin pəncərəsindən yıxılıb. Hadisə baş verən zaman uşağın anası mənzildə olub. Uşaq tibb müəssisəsinə aparıldı, hadisə ilə bağlı Moskva Prokurorluğu araşdırmalara başlayıb”, - deyə xəbərdə qeyd olunub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Uşaq   Bina   Moskva  





Xəbər lenti