İlon Mask bu həftə 20 milyard dollar itirdi

 İlon Mask bu həftə 20 milyard dollar itirdi
  14 May 2021    Oxunub:9087
Bu həftə "Tesla Motors"un baş direktoru, məşhur milyarder İlon Maskın sərvəti 20 milyard dollardan çox azalıb.

Azvision.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşr Maskın sərvətinin bu həftə 20,5 milyard azalaraq 145,5 milyard dollara düşməsini yazıb. "Tesla"nın səhmlərinin həftənin əvvəlindən cümə axşamına kimi 15 faiz azaldığı deyilir. Eyni zamanda, "Tesla" rəhbəri hələ də "Forbes"in ən varlı adamlar siyahısında üçüncü yerdə qərarlaşıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Səhm   Tesla   Mask  





Xəbər lenti