Azərbaycan velosipedçilərindən Tayvan turunda uğurlu start

Azərbaycan velosipedçilərindən Tayvan turunda uğurlu start
  09 Mart 2014    Oxunub:1265
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı "Tayvan turu"nda mübarizəyə başlayıblar.

AzVision.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 5 günlük yürüşün bu gün keçirilən 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər.

"Synergy Baku" üzvlərinin hamısı finişi liderlə eyni vaxtda keçsələr də, fotofinişə əsasən Kristof Şvayzer 10-cu, Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov 12-ci, Yan Sokol 13-cü, Azərbaycanın Elit yığma komandasının şərəfini qoruyan Aqşin İsmayılov 28-ci, Markus Eybeger isə 45-ci olub.

Komanda üzvlərimizin bu nəticəsi "Synergy Baku"nun ümumi sıralanmada 20 kollektiv arasında 1-ci olmasına şərait yaradıb. Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 152 km məsafə qət edəcəklər.


Teqlər:





Xəbər lenti