“Təhsilimiz çətin vəziyyətlə üz-üzə qaldı” - Nazir

 “Təhsilimiz çətin vəziyyətlə üz-üzə qaldı” -  Nazir
  10 İyun 2021    Oxunub:1436
"Bu tədris ili kifayət qədər fərqli oldu. Bu tədris ilində Zəfər qazandıq, Azərbaycanın uzun illər ərzində işğal altında qalan torpaqları azad edildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı qələbə qazandı. Bizim müəllimlərimiz də burada iştirak etdilər. İndi onlar tədrislərini davam etdirir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayım zamanı deyib. O bildirib ki, tədris ilinin təsirlərini növbəti nəsillərə çatdırmalı olacağıq:

“Bu tədris ilində pandemiyaya görə əvvəlki ildə olduğu kimi xeyli sayda fasilələrə gedəsi olduq. COVID pandemiyası təhsil alanlara, təhsilə müsbət təsir etmədi. Təhsilimiz kifayət qədər çətin vəziyyətlə üz-üzə qaldı”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir   Emin-Əmrullayev  





Xəbər lenti