“Son zəng”in keçirilməsinə icazə verildi - RƏSMİ

 “Son zəng”in keçirilməsinə icazə verildi -  RƏSMİ
  10 İyun 2021    Oxunub:2710
Bu il məktəblərdə “Son zəng” tədbirləri keçiriləcək. Bununla bağlı Təhsil Nazirliyi Operativ Qərargaha müraciət etmişdi və müsbət cavab verildi.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib. O bildirib ki, “Son zəng” tədbirlərinin şərtləri yaxın günlərdə elan ediləcək.

“Tədbirlər açıq havada keçiriləcək. Müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən artıq məzunu olan məktəblərdə bir neçə hissədən ibarət “Son zəng” tədbirlərini keçirməyi planlaşdırırıq. Müəllim və şagirdlərdən karantin qaydalarına əməl etmək tələb olunacaq”,- deyə nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Son-zəng  





Xəbər lenti