“Vaksinasiyadan keçməyən müəllimlərin yoluxma riski böyükdür”

“Vaksinasiyadan keçməyən müəllimlərin yoluxma riski böyükdür”
  10 İyun 2021    Oxunub:1570
“Sual olunur ki, vaksinasiyadan keçməyən müəllimlər nə olacaq? Vaksinasiyadan keçməyən təhsil işçilərinin yoluxma və yoluxdurma riski böyükdür”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hər bir vətəndaş çalışmalıdır ki, özünün sosial məsuliyyətini dərk etsin və tez bir zamanda vaksinasiyadan keçsin:

“Bu, sentyabr ayında ənənəvi tədrisə qayıtmağın ən qısa yoludur. Vaksinasiyada iştirak edən vətəndaşlarımıza, müəllimlərimizə öz təşəkkürümü bildirirəm”.

Azvision.az


Teqlər: Müəllim   Vaksinasiya  





Xəbər lenti