Sergey Abaşin: `Bəlkə də haqsızam`

Sergey Abaşin: `Bəlkə də haqsızam`
  12 Mart 2014    Oxunub:1205
Əylislini Nobelə təqdim edən professor danışdı.
“Bəlkə də haqsızam, amma mən situasiyanı belə görürəm”. AzVision.az xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında Sankt-Peterburq Avropa Universitetinin antropologiya və sosial tədqiqatlar üzrə professoru Sergey Abaşin deyib.

O, Əkrəm Əylislinin əsərlərində dünyanın haqlı və haqsız deyə iki yerə bölünmədiyini bildirib: “Məncə, qarşıdurma əvəzinə ən çətin hallarda dialoq yaratmaq üçün irəli sürülən bütün təşəbbüsləri dəstəkləmək lazımdır. Bu, dünyanı ağ-qara yox, bütün rənglərin ahəngində görməyə kömək edir.

Bu dünyanı haqlılar və haqsızlar deyə iki yerə bölmür. Bu bizi hər birimizin səhv hərəkət edə biləcəyimizi və bunu dəyişdirib yenidən öz səhvlərimizi düzəltmək haqqında fikirləşməyə məcbur edir. Mən məhz Əkrəm Əylislinin əsərlərində bu pafosu görürəm. Doğrudur, bu çoxları tərəfindən başa düşülməyəcək və doğru qarşılanmayacaq. Amma məncə, ömür boyu heç nə etməyib konfliktdə yaşamaqdansa nə isə edib yaşamaq daha yaxşıdır. Bəlkə də mən haqsızam, amma mən situasiyanı belə görürəm”.

Qeyd edək ki, Serqey Abaşin Əkrəm Əylislini Nobel Mükafatına təqdim edən bir qrup ictimai xadim sırasındadır.


Teqlər:  





Xəbər lenti