Azərbaycanlı və türklər Stokholmda mitinq keçirdi

Azərbaycanlı və türklər Stokholmda mitinq keçirdi
  12 Mart 2014    Oxunub:1034
Türk və Azərbaycan diasporlarının nümayəndələri Stokholmda mitinq keçiriblər.
Martın 11-də türk və Azərbaycan diasporlarının nümayəndələri Stokholmda İsveç parlamentinin (Riksdaq) binası qarşısında mitinq keçiriblər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, mitinq Riksdağın uydurma “erməni soyqırımını” tanımasına qarşı yönəldilib. Mitinq iştirakçıları qeyd ediblər ki, 2011-ci ildə “erməni soyqırımının” İsveç parlamenti tərəfindən tanınması Türkiyəyə təzyiq göstərilməsinə və dünya ictimaiyyətinin çaşbaş salınmasına yönəldilən siyasi addımdır.

Mitinq iştirakçıları yoldan keçənlərə o illərin hadisələri barədə həqiqəti əks etdirən broşürlər paylayıblar. İsveç parlamentinin üzvlərinə 350-dən çox məktub verilib.

Qeyd edək ki, mitinqdən sonra iştirakçılar Riksdağa müraciət qəbul ediblər.


Teqlər:





Xəbər lenti