Dünya çempionatının püşkü atıldı

Dünya çempionatının püşkü atıldı
  12 Mart 2014    Oxunub:1150
Yığmamız püşkatmanın nəticələrinə uyğun olaraq D qrupuna düşüb.
İtaliyanın Parma şəhərində qadın voleybolçulararasında dünya çempionatının püşkatma mərasimi keçirilib.Yığmamız püşkatmanın nəticələrinə uyğun olaraq D qrupuna düşüb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Püşkatma Beynəlxalq Voleybol Federasiyasının prezidenti Doktor Ari Qrasa, İtaliya Voleybol Federasiyasının prezidenti Karlo Maqri, Təşkilat Komitəsinin prezidenti Karlo Salvatori və İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun iştirakı ilə baş tutub.Millimizin də yer alacağı mundialda iştirakçı 24 komandadan 18-i bundan əvvəl bəlli olub. Yalnız Şimali Amerika zonasının ən yaxşı 6 komandası müəyyənləşməyib ki, onların hansı millilər olacağı iyunun əvvəllərində bilinəcək.Qeyd edək ki,millimiz D qrupunda Yaponiya, Çin, Belçika və Şimali Amerikanın 2 komandası ilə üz-üzə gələcək.


Teqlər:  





Xəbər lenti