Təhsil Nazirliyindən məzun günü ilə bağlı açıqlama

   Təhsil Nazirliyindən məzun günü ilə bağlı açıqlama
  24 İyun 2021    Oxunub:1987
Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində məzun gününün keçirilməsinə münasibət bildirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Qeyd olunub ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər.

Azvision.az



Teqlər: TəhsilNazirliyi   Məzun  





Xəbər lenti